Universitet əməkdaşları Türkiyədə Nizami Gəncəvinin adına olan sinif otağının açılışında iştirak ediblər
Türkiyənin Dokuz Eylül Universiteti (DEU) anadan olmasının 880-ci ildönümündə Buca Təhsil Fakültəsi Sosial Elmlər Binasında yerləşən sinif otağına dünya və Azərbaycan ədəbiyyatında önəmli ad olan Nizami Gəncəvinin adını verib.
DEU-nun rektoru Prof. Dr. Nükhet Hotar çıxışında Yunus Əmrə və Nizami Gəncəvi kimi türk dünyasının mühüm şəxsiyyətlərinin adlarının ictimai, elmi və tarixi məsuliyyətləri çərçivəsində yaşamağa davam edəcəklərini bildirib.
Dokuz Eylül Universiteti (DEU) dünya şöhrətli türk şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümündə Buca Təhsil Fakültəsinin Sosial Elmlər binasında yerləşən sinif otağına adının verildiyini açıqlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilən və Azərbaycan ədəbiyyatının dahisi kimi qəbul edilən Gəncəvinin adının yaşadıldığı tədbirdə DEU-nun rektoru Prof. Dr. Nükhet Hotardan başqa, Buca rayon valisi Mahmud Nedim Tunçer, Azərbaycan Gəncə Dövlət Universitetinin rəsmiləri və DEU-nun üzvləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən DEU rektoru Prof. Dr. Nukhet Hotar bildirmişdir ki, “Azərbaycan ədəbiyyatının dahisi olan Nizami Gəncəvi misilsiz şairdir ki, qoşmaları özündən sonrakıların qəlbinə, memarlığına və ilhamına təsir edib. Nizaminin ifadəsi, təsviri və təxəyyülünün bənzərsizliyi bəşəriyyətin ümumi irsində çoxlu izlər buraxmışdır. Onun özünəməxsus üslubu əsrlər boyu öz təsirini itirməmişdir. Tarixin gedişatı onu türk dünyasının ortaq dəyərinə çevirmiş, qoyduğu izlər izlənmişdir. Bu məqamda Nizamini dərk etmək, onun əsərlərini əzizləmək ictimai, elmi və tarixi məsuliyyət təşkil edir. Biz universitet olaraq bu münasibətlə Nizaminin adını yaşadırıq ki, bu da ölkəmiz üçün çox şey deməkdir.
Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə 2021-ci ilin Türkiyədə “Yunus Əmrə İli” elan edildiyini bildirən rektor Hotar qeyd etmişdir ki, biz də bəzi planlar quraraq silsilə tədbirlər həyata keçirdik. Təbii ki, əziz Azərbaycanla da oxşar düşüncə və hiss mühitini paylaşdığımızdan, Yunus Əmrənin şəxsiyyətinin qorunub saxlanması üçün bəzi səylərin qardaşlarımızdan gəlməsi bizi sevindirdi. Bunun ən gözəl nümunələrindən birini verən Azərbaycan Gəncə Dövlət Universiteti sinif otaqlarından birinə Yunus Əmrə adını verib. Bizim üçün bu son dərəcə mənalı idi. Biz universitet olaraq bu cür davranışa cavab vermək istədik. Beləliklə, bizim üçün də önəmli olan Nizaminin adını onun adına və nüfuzuna uyğun olaraq Təhsil fakültəmizdə bir sinif otağına vermək qərarına gəldik. Bu fikirlərlə Azərbaycandan gələn dəyərli qonaqlarımıza, bizi tək qoymayan üzvlərimizə və Buca Təhsil Fakültəmizin rəhbərliyinə göstərdikləri zəhmətə görə təşəkkür edirəm.
Azərbaycan Gəncə Dövlət Universitetinin rektorunun Baş müşaviri dosent Asif Cavadov isə Türkiyə ilə Azərbaycan arasında möhkəm əlaqələrin olduğunu bəyan edərək, bu gün doğma yurdumuza, torpağımıza gəldik. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. O, “Azərbaycanda balaca uşaqdan soruşsanız, sənə ancaq “Azərbaycanın arxasında Türkiyə dayanır” deyəcək” dedi.
Nizami Gəncəvi deyiləndə Yunus Əmrənin ağıla gəldiyini deyən Asif Cavadov, bu səbəbdən Gəncə Dövlət Universitetində Yunus Əmrə otagının açılması təsadüfi deyil. Bu gün biz burada Nizami Gəncəvi sinfini açırıq. Azərbaycan və Türkiyənin qardaşlığı ilə türk dünyasının gələcəyi daha yüksək pillələrə gedəcək. Rektorumuz başda Prof. Dr. Nükhet Hotar olmaqla bütün qardaşlarımıza təşəkkür edirik dedi.
Açılış mərasimindən sonra Asif Cavadov Nizami Gəncəvinin “Xəmsə” əsərini rektor Hotara, rektor Hotar isə Buca Təhsil fakültəsinin Rəssamlıq və Biznes müəllimliyi fakültəsinin 4-cü sinif şagirdi Bahadır Uzunun çəkdiyi Nizami Gəncəvi tablosunu Azərbaycandan gələn qonaqlara təqdim edib.