Tələbələrin liderlik və diplomatiya sahəsində bacarıqlarının inkişaf etdirilməsinə dair tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Liderlik və diplomatiya” adlı tədbir keçirilib. Tələbələrin liderlik və diplomatiya bacarıqlarının inkişaf etdirilməsinə həsr olunmuş tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Zeki Öztürk də iştirak edib. Şəhid Hacı Rauf adına Təhsil və Gənclik Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdən öncə şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. […]










