XƏBƏRLƏR
GÖRKƏMLİ OFTOLMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA ÖLKƏMİZDƏ TİBB ELMİNİN İNKİŞAFINA MÜHÜM TÖHFƏLƏR VERİB
Azərbaycanın tibb elminə misilsiz töhfələr vermiş, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasından 101 ili ötür. Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə xanım Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai və dövlət xadimi […]
Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev Gəncə Dövlət Universitetində ustad dərsi keçib
Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının “Tənqid və sənətşünaslıq” bölməsinin sədri, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev Gəncə Dövlət Universitetində ustad dərsi keçib. Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxış edərək bu cür ustad dərslərinin tələbələrin dünyagörüşünün formalaşmasında, həm də gələcəkdə yaradıcılıq işlərində mühüm rol […]
Tədqiqatçı-alim, professor Asif Rüstəmli Gəncə Dövlət Universitetində ustad dərsi keçib
Görkəmli tədqiqatçı-alim, tanınmış Azərbaycan ədəbiyyatşünası, professor Asif Rüstəmli Gəncə Dövlət Universitetində ustad dərsi keçib. “Cəfər Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığı və milli istiqlal hərəkatında yeri” mövzusuna həsr edilən ustad dərsində universitetin professor-müəllim heyəti və Filologiya fakültəsinin tələbələri iştirak ediblər. GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək professor Asif […]
GDU-da “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz […]
Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycan-Rusiya əlaqələri hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi […]
Gəncə Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib
Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə gənclər arasında keçirilən müsabiqə-festival incəsənət və mədəniyyət sahəsi üzrə istedadlı gəncləri […]
“REFRESH” layihəsi çərçivəsində Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Gəncə Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması – REFRESH” layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub. Səfərdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) , Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Texnologiya Unversiteti (ATU), Mingəçevir Dövlət Universiteti […]
GDU-nun tələbələri Şəki şəhərinin tarixi məkanlarına ekskursiya ediblər
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) tөşkilatçılığı ilə Filologiya fakültəsinin bir qrup tələbəsi və müəllim Vüsal İsgəndərov Şəki şəhərinin bir neçə tarixi məkanına ekskursiya ediblər. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq tələbələrdə böyük maraq doğurub. Bələdçilər tərəfindən tarixi bina haqqında ətraflı məlumat verilib. Şəki şəhərinə ekskursiya çərçivəsində tələbələr görkəmli […]
Tələbələrin orta ümumtəhsil məktəblərində sınaq dərsləri davam edir
2023/2024-cü tədris ilində Gəncə Dövlət Universitetinin buraxılış kurs tələbələri təhsil aldığı ixtisasa uyğun olaraq 16.02.2024-cü il tarixdən etibarən orta ümumtəhsil məktəblərində sınaq dərslərində iştirak edirlər. Gəncə Dövlət Universiteti ilə Gəncə şəhərində yerləşən müəssisələr arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi əsasında buraxılış kurs tələbələri təhsil aldıqları dövrdə əldə etdikləri bilik və bacarıqlardan faydalanmaqla sınaq dərsləri […]
Gəncə Dövlət Universitetinin prorektoru, əməkdar müəllim Gülsüm Fətəliyevanın “Ömür yolu” kitabının təqdimatı keçirilib
Gəncə Dövlət Universitetinin Nizami Gəncəvi adına iclas zalında “Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, əməkdar müəllim, dosent Gülsüm Fətəliyevanın müəllifi olduğu “Ömür yolu” adlı sənədli-publisistik kitabının təqdimatı olub. Təqdimat mərasimində millət vəkili, universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Tədris işləri üzrə prorektor Şahin Xurşudov, […]
GDU-nun əməkdaşları “Ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsi çərçivəsində təlimdə iştirak ediblər
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim baş tutub. Layihənin məqsədi regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bilik və bacarıqların artırılmasıdır. Təlimçi Gülşən Bayramova tərəfindən ali təhsildə […]
GDU-nun tələbələri Almaniya universitetlərində təcrübə keçmək şansı qazanıblar
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Alman dili müəllimliyi ixtisasının tələbələri – İsmayıl Carçıyev, Səma Qasımova və Fuad Sarıyev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramına qəbul üçün keçirilən müsabiqədə uğur qazanıblar. Tələbələrimiz mübadilə proqramı çərçivəsində bir ay müddətində Almaniyada təşkil ediləcək yay məktəblərində təcrübə keçmək şansı əldə ediblər. Müsabiqədə iştirak edən digər tələbələrimiz […]
ELANLAR
2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir
- Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
- Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
- Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaqoji stajı olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
- Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3×4 ölçüdə)
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin nəşr edildiyi jurnaldan çıxarılan surətləri əlavə edilməklə). Elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır. Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər
- ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun notarial qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).
- Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər 2024-cü ilin iyun ayında “Xarici dil” fənnindən Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər (“Xarici dil” imtahanının 09.06.2024-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdur). “Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda “məqbul” qiymət almış şəxslər “İxtisas” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanın 2, 3 və 4 sentyabr 2024-cü il tarixlərində, “İxtisas” fənnindən imtahanın isə 9, 10 və 11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur.
- Doktorantura və ya dissertanturaya sənədlərin təqdim olunması 16 aprel – 15 may 2024-cü il tarixlərində portal.edu.az platforması üzərindən aparılacaqdır. Sənədlər elektron formada (pdf) yüklənməlidir.
Ünvan: AZ 2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti 429.
Tel: (+99222) 266-01-88 Elm və innovasiyalar üzrə prorektorluq
İZTECH TÜBİTAK ÇƏRÇİVƏSİNDƏ BEYNƏLXALQ FAKÜLTƏLƏRİ, BEYNƏLXALQ GÖRKƏMLİ TƏDQİQATÇILARI VƏ İLKİN MƏRHƏLƏ TƏDQİQATÇI PROQRAMLARINI QƏBUL EDİR
Beynəlxalq Görkəmli Tədqiqatçılar Proqramı öz sahələrində yüksək səviyyəli elmi və/və ya texnoloji nailiyyətlərlə gündəmə gələn və beynəlxalq mühitdə işləmək təcrübəsi olan uğurlu tədqiqatçıların Türkiyədə tədqiqat aparmalarını təşviq etmək məqsədi daşıyır. Proqram öz sahələrində yüksək səviyyəli elmi və/və ya texnoloji nailiyyətlərlə gündəmə gələn və beynəlxalq mühitdə işləmək təcrübəsi olan 40 yaşdan aşağı gənc tədqiqatçıların Türkiyədə araşdırma aparmağa təşviq etmək məqsədi daşıyır.
Proqramlara daxildir:
• Koordinator üçün təqaüd
• Ailə müavinəti (əgər varsa)
• İlkin tədqiqat qrantı
• Tədqiqat layihəsi qrantı
• Tədqiqat qrupunun yaradılması üçün nəzərdə tutulan qrant (5-ə qədər magistr və doktorantura tədqiqatçıları üçün təqaüd, layihənin koordinatoru Türkiyədə araşdırma aparmaq üçün tədqiqat qrupuna qatılacaq)
• Layihə çərçivəsində iştirak edən tədqiqatçılar üçün Həvəsləndirici Bonus
tədqiqat layihəsinin əhatə dairəsi
• Qəbul edən təşkilat üçün institusional hissə ehtiyatı
• Koordinator və onun ailəsi üçün tibbi sığorta
• Koordinator və onun ailəsi üçün səyahət pulu
• Mentorluq dəstəyi
İzmir Texnologiya İnstitutu unikal təhsil, elm, texnologiya, innovasiya və sahibkarlıq ekosistemində qabaqcıl tədqiqat infrastrukturu ilə yüksək ixtisaslı və gənc alimləri qəbul etməkdən məmnundur.
Bizimlə əlaqə saxlaya bilərsiniz:
Tədqiqat və innovasiyaların gələcəyini formalaşdırmaqda bizə qoşulun. 354 laboratoriyamızı, İnteqrasiya Tədqiqat Mərkəzlərimizi (https://tam.iyte.edu.tr/en/) və əməkdaşlıq şəbəkəmizi kəşf edin.
Ətraflı məlumat üçün internet saytımıza daxil olun: https://en.iyte.edu.tr/
Sizi həmçinin aşağıdakılar vasitəsilə əlaqəli videolarımıza baxmağa dəvət edirik:
Təcrübəniz tədqiqat məqsədlərimizi inkişaf etdirmək üçün çox vacibdir və sizə bu fürsəti öz şəbəkənizdə paylaşmağı tövsiyə edirik. Gəlin birlikdə qlobal mükəmməllik icması quraq. Son müraciət tarixi 30 aprel 2024-cü ildir.
İZTECH HAQQINDA:
İzmir Texnologiya İnstitutu (İZTECH) Türkiyənin 200-dən çox ali təhsil müəssisəsi arasında “Ən yaxşı 5 Araşdırma Universitetindən biri” kimi seçilərək, müəllim başına düşən məqalələrin sayına görə birinci yerdədir.
İZTECH-in strateji məqsədlərindən biri öz mövqeyini Avropa Tədqiqat Sahəsində aparıcı akademik qurum kimi yüksəltməkdir.
İngilis dili təmayüllü universitet olan İZTECH hazırda
19 ixtisas üzrə 18 bakalavr, 29 magistr və 19 ixtisas üzrə 15 doktorantura proqramlarını əhatə edən Mühəndislik, Elm və Memarlıq fakültələri mövcuddur.
Hazırda 6769 tələbə, o cümlədən 1471 aspirant təhsil alır.
İZTECH bu yaxınlarda insan resursları strategiyasını təkmilləşdirməkdə göstərdiyi səylərə görə HRS4R mükafatı ilə Avropa Komissiyası tərəfindən tanınıb və Türkiyədəki üç EURAXESS Mərkəzindən biridir.
İZTECH 80%-i tədqiqat və inkişaf məqsədləri, 20%-i isə təhsil məqsədləri üçün nəzərdə tutulmuş 354 laboratoriyaya sahibdir.
Bütün laboratoriyalar müxtəlif sahələrdə təhsil, tədris və tədqiqat aparmaq üçün müvafiq texnologiya ilə təmin edilmişdir.
İZTECH-in İnteqrasiya edilmiş Araşdırma Mərkəzləri (İRM) (https://tam.iyte.edu.tr/en) 6250 m2 sahədə yerləşən Türkiyənin ən təchizatlı və səlahiyyətli tədqiqat mərkəzlərindən biridir. IRC Ekoloji İnkişaf ARC, Geotermal Enerji ARC, Biotexnologiya və Biomühəndislik ARC, Milli Kütləvi Spektrometriya ARC, Külək Enerjisi Meteorologiya ARC və Davamlı Təhsil Mərkəzi daxil olmaqla səkkiz fərqli Tətbiq və Tədqiqat Mərkəzini (ARC) özündə birləşdirir.
İZTECH haqqında daha ətraflı məlumat üçün zəhmət olmasa vebsaytımıza müraciət edin:
“Müasir elmin inkişafı: nəzəri və empirik təhlildə təcrübə”
Hörmətli həmkarlar!
Sizi “Müasir elmin inkişafı: nəzəri və empirik təhlildə təcrübə” adlı kollektiv monoqrafiyanın həmmüəllifi olmağa dəvət edirik. Materialların təqdim edilməsi üçün son tarix 24 mart 2024-cü ildir (daxil olmaqla). 15 və daha çox səhifəlik əsərlər qəbul edilir. Hər bir əsər monoqrafiyanın ayrıca fəslində təqdim olunacaq.
Nəşr müddəti: 7 gün.
Nəşr şərtləri:
Monoqrafiyanın tam mətninin Crossref-də pulsuz yerləşdirilməsi və DOI-nin təyin edilməsi e-LIBRARY-də pulsuz tam mətnli yerləşdirmə (müqavilə No. 467-03/2018K) ictimai sahədə Monoqrafiyanın müəllifinin pulsuz sertifikatı və hər bir müəllif üçün nəşr sertifikatı QOST-a uyğun qeydiyyat, UDC, BBK, ISBN təyin edilməsi, tirajı 500 nüsxə. Kitabxanada dövlət qeydiyyatı da olacaqdır.
Nəşr: 120 rub. – 1 səhifə
Monoqrafiya haqqında ətraflı məlumat bu lində əldə edə bilərsiniz: https://sciencen.org/novaja-nauka-monografii/actual-science/
Nəşriyyat: “NEW SCIENCE”, “Publishers International Linking Association” Elmi Ədəbiyyat Naşirlərinin Beynəlxalq Assosiasiyasının üzvü.
Digər mövzularda nəşrin mümkünlüyü haqqında məlumat əldə edin https://sciencen.org/novaja-nauka-monografii/grafik-monografij/
Hörmətlə,
müavini Ç. Redaktor
K.A. Mixaylova, t.ü.f.d.
office@sciencen.org
+7(911)41-077-47
KONFRANS ELANI
Moskva Dövlət Mədəniyyət İnstitutu, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gəncə Dövlət Universitetinin birgə təşəbbüsü ilə təşkil olunan “Pedaqogika və psixologiyanın aktual problemləri” adlı IX Beynəlxalq elmi-praktik konfransda sizi iştirak etməyə dəvət edir.
Qeyd edək ki, konfrans 15-16 aprel 2024-cü ildə Moskva Dövlət Mədəniyyət institutununda təşkil olunacaqdır. IX Beynəlxalq konfransın mövzusu “Ümumi pedaqoqika və psixologiyanın aktual problemlərinə” həsr olunmuşdur.
Konfransda iştirak etmək üçün aşağıdakı şəxslər dəvət olunur: universitet və kolleclərin professor-müəllim heyəti, elmi işçilər, aspirantlar, ali təhsil müəssisələrinin magistrantları və tələbələri.
Konfransın işçi dili rus dilidir.
Konfransa təqdim olunan məqalələr beynəlxalq standartlara uyğun olmaqla 5-6 çap səhifədən ibarət olmalıdır. Məqalələrin tezisləri kitabca şəklində dərc olunaraq konfrans istirakçılarına təqdim olunacaq. Konfransın nəticələrinə əsasən RISC elibrary.ru saytında indeksləşdirilən elmi məqalələr toplusu nəşr olunacaq. Təqdim olunan bütün məqalələr antiplagiat olub-olmaması yoxlanılacaq. Məqalənin orijinallığı ən azı 70% olmalıdır (istinadlar siyahısı ilə birlikdə).
Əgər məqalə tələbə, magistrant və ya aspirant tərəfindən yazılıbsa, ərizə və məqalənin özündən əlavə elmi rəhbərin rəyi də göndərilməlidir.
Materialları dərc etmək üçün sizə aşağıdakılar lazımdır:
1. İştirak üçün ərizə doldurun
2. Məqaləni (nümunəyə bax) masante@mail.ru elektron poçtu vasitəsilə 15 mart 2024-cü il tarixinədək göndərin.
Koreya Respublikası 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edir
Ümumi məlumat
Ölkə: Koreya Respublikası
Təhsil səviyyəsi: magistratura, doktorantura və tədqiqat sahəsi
Yaş həddi: magistratura və doktorantura 40 yaşa qədər,
tədqiqat sahəsi üzrə 45 yaşa qədər
Müddəti doktorantura (1+3 il),
magistratura (1+2 il), tədqiqat sahəsi (6 ay/1 il)
Kvota: 6 nəfər
Maliyyələşmə: aylıq təqaüd, təhsil haqqı, dil kursu (koreya dili), yol xərci, yataqxana xərci, tibbi sığorta, tədqiqat xərcləri
Dil bilikləri: koreya və ya ingilis (TOPIK/TOEFL/ IELTS)
Son tarix: 07.03.2023
Təqaüd proqramı haqqında müvafiq keçiddən və qeyd olunan linkdən (https://www.studyinkorea.go.kr/) məlumat əldə edə bilərsiniz.
Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməli, suallar olduğu təqdirdə aidiyyəti üzrə ünvanlaya bilərlər.
Əlaqə vasitələri: azeremb@mofa.go.kr / +99412 596 79 01
“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” adlı Beynəlxalq elmi konfrans
03-04 may 2024-cü ildə Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda elmi konfrans keçiriləcək.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
- Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu;
- Müasir kimyanın aktual problemləri;
- Müasir biologiyanın aktual problemləri;
- Müasir iqtisad elmlərinin aktual problemləri;
- Müasir fizikanın aktual problemləri;
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 10 mart 2024-cü ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: elm@gdu.edu.az
Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix 10 mart 2024- cü il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması 03 may 2024- cü il;
Konfransın təntənəli açılış mərasimi 03 may 2024- cü il;
Bölmə iclasları 03-04 may 2024-cü il;
Konfransın bağlanış mərasimi 04 may 2024-cü il.
FORMA 1. Məqalənin tərtibi qaydaları
- Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
- Xülasə: Azərbaycan, rus, ingilis dili.
- Konfransa problem xarakterli məqalələr qəbul olunur.
- Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
- Məqalə tərtib qaydalarına cavab verməsə çap olunmayacaq.
Materialların strukturu:
- Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
- Təşkilat və şəhərin adı-adi şriftlə;
- Hər bir müəllifin adına bir məqalə olmalıdır. İkinci məqalə çap olunmayacaq.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88.