GDU-nun fəal tələbələri könüllülük fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunublar
“5 Dekabr – Beynəlxalq Könüllülər Günü” münasibətilə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının bir qrup fəal gənci də iştirak edib. Çıxışlarda könüllüyün əhəmiyyəti, gənclərin inkişafında rolu, könüllülük fəaliyyətinin qazandırdığı uğurlar haqqında danışılıb. Tədbirdə “5 dekabr […]










