FUTZAL ÇEMPİONATI KEÇİRİLİR

Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə İqtisadiyyat və idarəetmə  fakültəsinin təşəbbüsü və  Tələbə Gənclər Təşkilatının təşkil etdiyi Futzal çempionati keçirilir. Çempionatda fakültənin 8 ixtisası üzrə hər ixtisasdan 8 nəfərdən ibarət bir komanda iştirak edir.  İlkin  yarışlarda 4 oyun  kecirildi. Səkkiz komandadan dödrü ikinci turda iştirak etmə səlahiyyəti qazandı. Növbəti […]

Davamı

TƏLİM KEÇİRİLMİŞDİR

Gəncə  Dövlət Universitetinin akt zalında  Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının və Gəncə  Dövlət Universiteti ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə gənclərin karyera seçiminə kömək məqsədilə maarifləndirmə ilə bağlı təlim keçirilmişdir. Təlimdə layihələrin işlənib hazırlanması, karyera seçimi və s. bu kimi söhbətlər aparılmış, Gənclərin maarifləndirilməsinə kömək ictimai birliyinin sədri  İlkin Abdiyev və Gəncə  Dövlət Universiteti […]

Davamı

MİLLİ QƏHRƏMANLARIMIZI TANIYAQ VƏ TANIDAQ

16 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi Milli qəhrəmanlarımızı yaxından tanımaq və onlar haqqında tələbələrə məlumat verməkdən ibarət idi. Dünyanın mədəni xalqlarından olan Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr […]

Davamı

TƏLƏBƏLƏR EKSKURSİYADA

15 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə universitetin fəal tələbələri Nizami məqbərəsində və Nizami muzeyində ekskursiyada olmuşlar. Ətrafında böyük abadlıq işləri görülmüş Nizami məqbərəsi, dahi Nizaminin  qəbrini ziyarət tələbələrdə xoş təəsürat yaratdı. Nizami muzeyində toplanılmış eksponatlar, ölməz şair haqqında əyani vasitələr tələbələrin məlumatlarını daha da genişləndirdi. Onlar xalqımızı, Gəncəmizi […]

Davamı

MƏKTƏB SƏHNƏSİNDƏ TAMAŞA

Gəncə Dövlət Universitetinin pedaqoji təcrübədə olan tələbələri öz vəzifələrini yerinə yetirməklə bərabər, məktəbin kollektivi ilə birlikdə məktəbin  ümumi işlərinə, tədbirlərinə yaxından köməklik göstərir, kollektivin təcrübəli müəllimlərindən öyrənir, onlara da öz töhfələrini verirlər. Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan II kurs tələbələrinin fəaliyyəti nümunə […]

Davamı

FƏXRİ PROFESSORUN AÇIQ DƏRSİ

15 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin rektorluğu tərəfindən qəbul edilmiş layihəyə əsasən əsas binanın akt zalında Riyazi analiz kafedrasının Fəxri professoru, fizika-riyaziyyat elmləri namizədi Əliqulu Umud oğlu Quliyevin  açıq dərsi keçirildi. Açıq dərs artıq bir ənənə kimi yenə də şəhər ictimaiyyəti qarçısında nümayiş etdirildi. Tədbirdə Azərbaycan Texnologiya Universitetindən, Azərbaycan Dövlət Aqrar Unuversitetindən, orta […]

Davamı

TSPX İXTİSASININ TƏLƏBƏLƏRİ PEDAQOJİ TƏCRÜBƏDƏ

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının  bağlanması ilə əlaqədar Gəncə Dövlət Universitetinə köçürülmüş TSPX –təhsildə sosial psixoloji xidmət ixtisasının IY kurs tələbələri fevral ayının 16-dan mart ayının 16-dək Mehdizadə adına 4 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olmuşlar. Onlar bu müddət ərzində psixo-diaqnostika sahəsində əsaslı işlər aparmış, müasir metodlardan istifadə etmə bacarığına yiyələnmiş, biliklərini əyani surətdə […]

Davamı

TƏLƏBƏLƏRİMİZ SABAH QRUPLARINA QƏBUL İMTAHANINDA İŞTİRAK ETDİLƏR

Məlumdur ki, Respublikamızda SABAH qrupları 5 ixtisas qrupuna (təhsil, humanitar, iqtisadiyyat, texniki, təbiət) daxil olan 34 ixtisas üzrə 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılmışdır. Müsabiqədə uğurlu nəticə göstərməklə SABAH qruplarına seçilmiş 755 tələbə 2014/2015-ci tədris ilini sentyabr ayından elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası […]

Davamı

FƏNN OLİMPİADASI DAVAM EDİR

11 aprel 2015-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş fakültələr üzrə tələbələr arasında I fənn olimpiadası keçirilmişdir. Bu dəfə olimpiada da Pedaqoji və Riyaziyyat-informatika fakültəsinin 50 nəfərədək tələbəsi iştirak etmişdir. Olimpiadanın suallarını  Pedaqoji fakültə üzrə Psixologiya kafedrasının baş müəllimi, fakültə tələbə elmi cəmiyyətinin sədri, psixologiya dərnəyinin rəhbəri Telli Cabbarova, […]

Davamı